EN

Razi Nurullayev: “Bu gün də evi suyun içində qalan vətəndaşlar var”

Yazını böyüt
Yazını kiçilt

“Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. FHN-nin bütün kollektivinə təşəkkürümü bildirirəm. Əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev Fövqaladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis edilməsi ilə bağlı layihənin müzakirəsi zamanı qeyd edib.

Deputat güclü yağışlar zamanı FHN-nin yüksək işini önə çəkib.

“Güclü yağış Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz tərəfindən müəyyən addımlar atıldı. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam”.

Deputat eyni zamanda hələ bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşların olduğunu deyib.

“Təəssüflə deməliyəm ki, heç də bütün aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan siqnalı da verməyiblər.

Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər. Amma, aidiyyatı olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq”-deyə R.Nurullayev bildirib.

Chosen
0
1
hafta.az

8Sources