AZ

Deputat: "Bəzi aidiyyəti dövlət qurumları işinin öhdəsindən gələ bilmədi"

Deputat:

"Bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var".

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, FHN-dən başqa, digər bəzi aidiyyəti dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyəcan siqnalı da verməyiblər: "Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə gün xidməti maşınlarda gecələdilər. Amma aidiyyətı orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Bilsinlər ki, onlar parlamentə gələn zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir".
Seçilən
0
5
reyting.az

8Mənbələr