Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start verib.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millilər bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Hazırlıq prosesinə mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqust aylarında baş tutacaq Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.