EN

Putin Sovet İttifaqının insanlarını qalib xalq adlandırıb

“Rusiya xalqı sözün əsl mənasında qalib xalqdır”. 

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, məğlub olan xalqlar Rusiyaya nəyisə sırımağa və onu təhrif etməyə çalışırlar:

"Və biz, əlbəttə ki, qalib xalqıq, sözün geniş mənasında millətik. Mən millət deyəndə, əlbəttə ki, keçmiş Sovet İttifaqının və Rusiyanın bütün xalqlarını, bütün etnik qruplarını nəzərdə tuturam", - deyə Putin vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
0
50
missiya.az

10Sources