EN

Damfris hamını qabaqladı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, ötən gün "Barselona" "İnter"lə qarşılaşıb.

Dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3.

Görüşdən sonra oyunun ən yaxşı futbolçusu bəlli olub. Bu ada milanlıların müdafiəçisi Denzel Damfris layiq görülüb.

Niderland millisinin üzvü matçda 2 qolla yadda qalıb. 

Qeyd edək ki, Damfris 2021-ci ildən "İnter"in şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Millimiz Ukrayna ilə bacarmadı

“Barselona” - “İnter” matçı bu kanallarda

PSJ-dən yeni rekord

PSJ səfərdən qələbə ilə qayıdır - YENİLƏNİB

"Arsenal" - PSJ matçı bu kanallarda

Chosen
0
1
apasport.az

2Sources