EN

Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib

Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığı hökuməti və Azərbaycan hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının İnvestisiyaların Təşviqi Təşkilatı (SIPA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib.

Agentliyin məlumatına görə, açılış mərasimində çıxış edən Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini, iki ölkə arasında tərəfdaşlığın ümumi iqtisadi maraqlar əsasında inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov dəyirmi masanın biznes əlaqələrinin daha da genişləndirilməsi, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərinin müzakirəsi üçün əlverişli platforma yaratdığını vurğulayıb.

Dəyirmi masa zamanı AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan İnvestisiya Holdinqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ələt Azad İqtisadi Zonası (AFEZ), eləcə də özəl qurumların nümayəndələri tərəfindən ölkəmizdə perspektivli biznes və investisiya imkanlarına, həmçinin investorların dəstəklənməsi ilə bağlı mövcud dövlət mexanizmlərinə dair məlumat verilib.

Chosen
0
1
vergiler.az

10Sources