UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal” öz meydanında PSJ-yə 0:1 hesabı ilə məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, bu görüşdə Paris klubunun qapıçısı Canluici Donnarumma gözəl qurtarışları ilə diqqət çəkib. O, matçda 5 əla seyv edib ki, bu da PSJ tarixində son 20 ildə Çempionlar Liqasının pley-off mərhələsindəki ən yüksək göstəricidir. İtaliyalı bu çıxışı ilə rekord göstəriciyə imza atıb.
Digər yarımfinal cütündə isə bu gün “İnter” və “Barselona” qarşılaşacaq .