EN

Emin Mahmudovla bağlı qeyri-müəyyənlik – qərar gələn həftə veriləcək

Samir Abasov premyer-liqanın 32-ci turunun “Sumqayıt” – “Neftçi” matçından sonra (2:2) mətbuat konfransında Emin Mahmudovun “Sabah”la ölkə kubokunun yarımfinal oyununda (cavab matçı – 1:1) zədələndiyini açıqladı. Hətta baş məşqçi təcrübəli futbolçu üçün mövsümün erkən başa çatmaq ehtimalının olduğunu da dedi.

Bu üzdən Eminin son durumu haqda ətraflı məlumata ehtiyac duyduq. “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri “Football-plus.az”ın sorğusuna cavab olaraq bildirdi ki, Mahmudov üçün birhəftəlik müalicə prosesi nəzərdə tutulub. Daha sonra futbolçu növbəti dəfə müayinə olunacaq. Yalnız həmin müayinədən sonra meydana çıxa bilib-bilməyəcəyinə aydınlıq gələcək.

Xatırladaq ki, Emin cari mövsümdə “Neftçi”nin heyətində ölkə kubokunda 4 (1 qol, 1 məhsuldar ötürmə), premyer-liqada 18 oyuna (2 qol, 3 məhsuldar ötürmə) çıxıb.

KƏNAN BAHADIR

1Sources