EN

AFFA-da akademiyaların texniki direktor və koordinatorları ilə görüş

Aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.

"Football-plus.az" xəbər verir ki, milli assosiasiyanın inzibati binasında baş tutan görüşdə qurumun baş katibinin müavini Kamran Vəliyev, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, Misli premyer-liqasında çıxış edən klubların və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri iştirak ediblər.

Aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub, eləcə də 2025/26 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Qeyd edək ki, yaxın vaxtlarda başqa komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Chosen
0
13
football-plus.az

10Sources