EN

Luis Enrike: “Arsenal”la matçda PSJ öz futbolunu oynadı”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı keçirdikləri ilk oyun haqda fikrini bildirib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi “topçular” üzərində 1:0 hesablı qələbəyə sevinib.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Belə oyunlarda duyğular yüksək səviyyədə olur, buna görə də təhlil aparmaq çətindir. Ab-hava gözəldir, amma biz necə bir komanda olduğumuzu göstərdik. Biz komanda ruhu nümayiş etdirdik. Bunun PSJ-də olması əsl zövqdür.

Biz öz üslubumuzda oynamağa cəhd etdik və oyunun başlanğıcında qol vurduq, bu da özümüzə inam baxımından vacib idi. Bəzən bizə ağır olurdu, amma biz qol ikinci qolu da vura bilərdik”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Arsenal”ı may ayının 7-də Parisdə qəbul edəcək.

Chosen
0
arena.az

1Sources