İkinci F-110 sinifli freqatın döşənməsi və eyni seriyadan olan üçüncü freqatın istehsalına başlanması münasibətilə Ferrol şəhərindəki (La Koruna) Navantia gəmiqayırma zavodunda ikiqat mərasim keçirilib. Beləliklə, hazırda İspaniya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş bu tipli üç gəmi istehsal olunur.
Herbiand.az bildirir ki, İspaniyanın müdafiə naziri Marqarita Roblesin sədrliyi ilə keçirilən hər iki tədbir İspaniya Hərbi Dəniz Qüvvələrinə beş yeni nəsil freqatın çatdırılmasını nəzərdə tutan F-110 proqramının gedişatını nümayiş etdirir.
F-110 freqatlarının gövdəsinin uzunluğu 145 metr, eni 18 metr, ekipaj 150 nəfərdir.
Friqatlar SM-2 və ESSM daxil olmaqla, müxtəlif növ zenit-raket komplekslərinin istifadəsi üçün 16 hüceyrəli Mk.41 şaquli buraxılış sistemləri ilə təchiz edilməlidir. Bundan əlavə, arsenala İtaliyanın Leonardo qrupundan 127 mm-lik artilleriya qurğusu, 30 mm-lik artilleriya sistemləri və 12,7 mm-lik pulemyotlar, Norveçin Konsberg şirkətinin NSM gəmi əleyhinə raketləri və 324 mm-lik torpedo boruları daxildir.
Təyyarənin göyərtəsində çoxfunksiyalı SH-60 “Seahawk” və ya NH-90 helikopterlərinin yerləşdirilməsi mümkün olacaq.
Bəxtiyar CƏFƏRLİ