Türkiyə millisinin sabiq futbolçu Caner Erkin karyerasını başa vurub.
Msport.az xəbər verir ki, hazırda “Eyüpspor”da çıxış edən sol cinah müdafiəçisi mövsüm başa çatdıqdan sonra futbolla vidalaşacaq.
Qeyd edək ki, Erkin Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, İtaliyada “İnter” kimi komandaların formasını geyinib.