EN

Ronaldu heç nə ilə yadda qalmadı, komandası ÇL-in finalına çıxa bilmədi

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun komandası - Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, Yaponiyanın "Kavasaki Frontale" kollektivi ilə üz-üzə gələn "sarı-göylər" 2:3 hesabı ilə uduzaraq finala çıxa bilməyiblər.

Ronaldu bu qarşılaşmada məhsuldar göstəricilərlə yadda qalmayıb.

Qeyd edək ki, "Kavasaki Frontale" finalda "Əl-Əhli" (Misir) ilə qarşılaşacaq.

Nihat

Chosen
0
fanat.az

1Sources