EN

Osimhen “Qalatasaray”da qalacaq? – RƏSMİ AÇIQLAMA

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhenin komandada qalma ehtimalı var. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə klubun baş katibi Eray Yazgan danışıb. O, hazırda icarə əsasında İstanbul klubunda çıxış edən dünya ulduzunun transfer edilə biləcəyini deyib: 

“Əgər klubun şərtləri uyğun olsa və futbolçu ilə də razılaşsaq, komandada qala bilər. Lakin bu, bugünün mövzusu deyil. Hazırda Osimhen və bütün digər oyunçuların yeganə fokuslandığı məqam mövsümü iki kubokla başa vurmaqdır. Qalanları sadəcə təfərrüatdır”. Eray Yazgın, həmçinin baş məşqçi Okan Burukla isə uzun illər birlikdə çalışmaq istədiklərini söyləyib. 

Chosen
1
cebheinfo.az

1Sources