Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, İtaliya təmsilçisi “İnter” İspaniyada “Barselona”nın qonağı olacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. İtaliya və İspaniya nəhəngləri finala vəsiqə yolunda sərfəli nəticə qazanmağa çalışacaqlar.
Xatırladaq ki, ötən gün keçirilmiş ilk yarımfinal görüşündə İngiltərənin “Arsenal” komandası doğma meydanda Fransa çempionu PSJ-yə 0:1 hesabıyla məğlub olub.
ÇL-in yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. “Barselona” (İspaniya) – “İnter” (İtaliya)