PSJ UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, Fransa klubu yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Arsenal”ı məğlub etməklə bunu reallaşdırıb.
Londonda 1:0 hesablı qələbə qazanan parislilər XXI əsrdə ÇL-in yarımfinal mərhələsində səfərdə qələbə qazanan ilk Fransa klubu olub.
Buna qədər sonuncu dəfə 1991-ci ildə “Marsel” bunu bacarmışdı. 34 il əvvəl adıçəkilən komanda Rusiyada “Spartak”a qalib gəlmişdi (3:1).
Qeyd edək ki, “Arsenal”la PSJ arasında cavab matçı mayın 7-də keçiriləcək.