Avstraliyanın Makkuari adasının sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.
Zəlzələnin episentri Avstraliyanın tədqiqat donanmasının yerləşdiyi Makkuori-Aylend subarktik tədqiqat stansiyasının yerləşdiyi adanın təxminən 220 km qərbində yerləşib. Mənbə 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.