ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universiteti və onun Harvard Law Review jurnalı ilə bağlı irqçilik ittihamı ilə araşdırmaya başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. ABŞ Səhiyyə və Təhsil Departamentləri tərəfindən verilən birgə bəyanatlarda aydın olur ki, universitet və onun akademik jurnalı 1964-cü il Mülki Hüquqlar Aktının 6-cı maddəsinin müddəalarını pozan fəaliyyətlərdə şübhəli bilinir. İstintaq daxili sənədlərin nəzərdən keçirilməsini, habelə kadrların seçilməsi və jurnalda dərc olunan məqalələrin seçilməsi ilə bağlı yoxlamaları əhatə edəcək.