EN

Ançelotti Braziliya millisi ilə razılığa gələ bilmədi

Braziliya millisini "Əl-Hilal"ın baş məşqçisi çalışdıra bilər.

Karlo Ancçelottinin Braziliya millisi ilə danışıqları uğursuz yekunlaşıb.

Operativ Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real Madrid" italyan mütəxəssisin Klublararası DÇ-də də postunda qalmasını, daha sonra getməsini istəyib.

Braziliya Futbol Federasiyası baş məşqçinin iyun ayında gəlməsini istədiyi üçün bunu qəbul etməyib və Jorge Jesus variantına keçilib.

Ançelotti isə ilinə 50 milyon avro qazanacağı Səudiyyə Ərəbistanı klubuna getməyi düşünür.

1Sources