Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni daxil olanmilyonlarla insanın hamısının məhkəmə prosesindən keçirilməsininmümkün olmadığını bildirib.
Trend xəbər verirki, Tramp bu fikrini ABC televiziya kanalına verdiyi müsahibədəsəsləndirib. Müsahibə onun ikinci müddətinin ilk 100 gününə həsrolunub.
“Qeyri-qanuni daxil olan hər bir şəxsin məhkəməsini aparabilmərəm. Onlar, yəni Bayden administrasiyası, 21 milyon insanınqeyri-qanuni şəkildə ölkəyə daxil olmasına şərait yaradıb,” – deyəTramp bildirib.
Qeyd edək ki, Tramp ABŞ-nin immiqrasiya siyasətininsərtləşdirilməsinin tərəfdarıdır. O, Meksika ilə sərhəddə fövqəladəvəziyyət elan edib və Daxili Təhlükəsizlik Departamentininsəlahiyyətlərini genişləndirərək immiqrasiya məhkəməsi olmadansürətləndirilmiş deportasiyalar həyata keçirməyə şəraityaradıb.