EN

İstanbul bələdiyyəsi işi ilə bağlı 30 nəfər həbs olundu

BAKI, 30 aprel. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqında saxlanılan 48 nəfərdən 30-u barədə həbs qərarı çıxarılıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan 18 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Həmin şəxslərin ölkə xaricinə çıxışına qadağa qoyulub.

Qeyd edək ki, İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu da daxil olmaqla həbs edilənlər bir neçə ittiham üzrə təqsirləndirilir.

Chosen
0
28
teleqraf.com

10Sources