EN

“Real Madrid”in daha bir oyunçusu mövsümü yarımçıq başa vurdu

BAKI, 29 aprel. TELEQRAF

“Real Mardid”in daha bir oyunçusu mövsümü yarımçıq başa vurub.

Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, Ferland Mendi ciddi zədə alıb. Əzələsində yırtıq olan fransız futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, İspaniya Kubokunun “Barselona” ilə final oyununda Antonio Rüdiger də zədələnib. Bu gün əməliyyat olunan futbolçunun mövsümün sonuna qədər meydana çıxmayacağı müəyyənləşib.

Chosen
0
12
teleqraf.com

1Sources