"Tottenhem" klubu yarımmüdafiəçisi Lukas Berqvalla yeni müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu ilə 2031-ci ilin ortalarına qədər nəzərdə tutulan müqaviləsi imzalanıb.
İsveç millisinin üzvü keçən yay "Tottenhem"ə İsveçin "Yurqorden" klubundan keçib.
O vaxtdan bəri Lukas "Spurs"un heyətində 45 rəsmi oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.