Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsi bu gün keçirilən prosesdə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri 1 aya qədər uzadılıb.Xatırladaq ki, Rüfət Səfərovun həbs müddəti sonuncu dəfə martın 18-də uzadılmışdı. Onun barəsində ötən ilin dekabrın 4-də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib.Rüfət Səfərov isə onu tanımadığını deyib.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.Rüfət Səfərov ittiham üzrə özünü təqsirli bilmir.