EN

Basketbol Liqasında ikinci finalçı bəlli oldu

Kişilər arasında keçirilən Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün ikinci finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Abşeron” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında keçirilmiş bu oyunda meydan sahibləri fasiləyə üstün yollansalar da, qonaq komanda yekunda qələbə qazanaraq ikinci finalçı olub. “Neftçi” ilk matçda da bu rəqibinə qalib gəlmişdi.

Xatırladaq ki, daha öncə Şəkidə eyniadlı komandanın qonağı olan “Sabah” da ardıcıl ikinci oyunda qalib gələrək finala çıxmışdı.

Beləliklə, Azərbaycan Basketbol Liqasının cari mövsümünün finalında “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcəklər. Final super seriyasında ilk oyun mayın 2-də baş tutacaq. Finalda ən tez 4 qələbə qazanmış komanda ABL-in qalibi olacaq.

Azərbaycan Basketbol Liqası
Yarımfinalın ikinci oyunları
29 aprel

“Şəki” – “Sabah” 72:96 (10:19, 14:31, 22:31, 26:15)
Şəki Olimpiya İdman Kompleksi.
Seriyada hesab – 0:2.

“Abşeron” – “Neftçi” 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı İdman Sarayı.
Seriyada hesab – 0:2.

Chosen
0
1
arena.az

2Sources