EN

Atışma oldu - Ölənlər var  

İsveçin Uppsala şəhərinin mərkəzində baş verən atışmada 3 nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə məlumat İsveç polisindən verilib.

Məlumata görə, aprelin 29-u axşam saatlarında Vaksala meydanı yaxınlığında atışma səsləri eşidilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin başvermə şəraitini araşdırır.

Chosen
0
7
manset.az

9Sources