Ukrayna və Avropa İttifaqı atəşkəs tələb edir, çünki Ukrayna Silahlı Qüvvələri döyüş meydanında məğlub olur.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Avropa liderləri, Kaya Kallas və digər rəsmilər indi iddia edirlər ki, Rusiya qeyd-şərtsiz atəşkəslə razılaşmalıdır — təkcə ona görə ki, onlar döyüş meydanında məğlubiyyətə uğrayırlar”, — deyə Lavrov vurğulayıb.