EN

Qız istəməyə gedən ata oğlanı orada qoyub, gəlinini aparmaq istədi - VİDEO

İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrdə gündəm olub.
 
Güney Koreyadan qız istəməyə gələn ailənin səmimi davranışları və zarafatları mərasim iştirakçılarının gülüşünə səbəb olub.
 
Türk adət-ənənələrinə uyğun keçirilən mərasimdə damadın atası söz alaraq zarafatla belə deyib:
 
"Oğlan sizdə qalsın, qızı biz aparaq".
 
Bu gözlənilməz çıxış zalda böyük alqış və gülüşlə qarşılanıb. Qonaqlar Koreyalı ailənin həm səmimiyyətini, həm də yumor hissini təqdir ediblər. /Milli.az/ 

Chosen
0
3
moderator.az

4Sources