EN

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib

Mərkəzi Bank “PAŞA Bank” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə məlumat yayıb.

Məlumata görə, “PAŞA Bank” ASC tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.

Chosen
0
19
marja.az

10Sources