EN

"İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Təxribatçı mövqeləri OLACAQ" - AÇIQLAMA

Bunu Ajans.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, İran-Azərbaycan münasibətləri sadəcə iqtisadi münasibətlərdir və bunu qəbul etmək lazımdır: "Bu, heç vaxt siyasi münasibət olmayacaq. Çünki onların daim iddiaları var. Sadəcə Pezeşkian bir azərbaycanlıdır və bu faktor üzərindən Azərbaycana qarşı siyasət yürüdür".  Ekspert İranın Zəngəzur dəhlizi ilə bağlı siyasətinin dəyişib-dəyişməyəcəyi məsələsinə toxunarkən qeyd edib ki, əgər icraçı Pezeşkian olacaqsa, alternativ fikir yürütmək olar: "Amma İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Onların da qərarları dəyişməzdir. Proseslərə dəyişməz mövqe üzərindən baxırıqsa, İranın Azərbaycanla bağlı yalnız təxribatçı mövqeləri olacaq və bu, davam edəcək. Qarşıda yenə görəcəksiniz, Azərbaycanı narkotiklə dolduran bir ölkədir, dayanmırlar, ciddi şəkildə çalışırlar. O yaratdığı təəssürat hara, meydandakı reallıq hara? İkincisi, səfirliyimizə hücum edən şəxs edam hökmü ilə cəzalandırılmalı idi, Azərbaycanın haqlı suallarından biri bu idi, orada əslində baş verən nə idi və bu adam nə üçün edam edilmir?  Üçüncüsü, Ermənistan və İran münasibətlərində dostluq-qardaşlıq yanaşması və İranın Ermənistandakı səfiri Mehdi Sübhani kimi bir təxribatçının səsləndirdiyi fikirlər. Yəni bunları tərəzinin bir gözünə qoyub, o biri gözünə Pezeşkianın iki bənd şeirini qoymaq məncə əsl durumu ortaya çıxarır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.  

Chosen
1
Ajans.az

1Sources