EN

Beş il sonra dünyada nə qədər elektromobil olacaq? - PROQNOZ 

2030-cu ildə dünyada 234 milyon ədəd elektriklə işləyən minik avtomobili olacaq. Bunlardan 178 milyon ədədi elektomobil, qalanları isə doldurulabilən hibrid olacaq. 

Avtosfer.az xəbər verir ki, proqnoz Beynəlxalq Enerji Agentliyinə məxsusdur.

Agentliyin ehtimalına görə 2030-cu ildə dünyada elektromobil sayına görə liderlik Çində olacaq – 87 milyon ədəd. Bundan başqa Avropada 36 milyon, ABŞ-də 34 milyon,

Hindistanda 4 milyon elektromobilin olacağı gözlənilir.

Vüqar

Chosen
0
avtosfer.az

1Sources