EN

Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi 20% azalıb

Bakı. Trend:

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin, statistik vahidinödəniş kartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsiləəməliyyatların sayı 200 ədəd, əməliyyatların həcmi isə 40 min manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “UnionPay”kartları ilə əməliyyatların sayı 100 ədəd və ya 2 dəfə artıb,“UnionPay” kartları ilə əməliyyatların həcmi isə 10 min manat,yaxud da 20% azalıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartlarıvasitəsilə əməliyyatların sayı 100 ədəd, əməliyyatların həcmi isə50 min manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Chosen
0
4
az.trend.az

5Sources