“Bavariya”nın futbolçusu Leroy Sane Səudiyyə Ərəbistanı klubundan təklif alıb.
Futbolpress.az xəbər verir ki, “Əl İttihad” vingerə ümumilikdə 100 milyon avro qazanacağı 4 illik müqavilə təklif edib. Bu barədə “Sky Sport” məlumat yayıb.
Sane təklifi rədd edib. O, Avropada qalmaq niyyətindədir. Daha öncə onun “Bavariya” ilə müqaviləni uzadacağı bildirilib.