"Nyukasl" klubunun futbolçusu Sandro Tonali "Real"ın gündəminə gəlib.

Offsideplus.az xəbər verir ki, italiyalı "kral klubu"nun yarımmüdafiə üçün alternativlərindən biridir.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Tonali 2023-cü ilin yayından "Nyukasl"da çıxış edir. O, cari mövsüm 41 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə onun bazar dəyəri 45 milyon avrodur.