BAKI, 29 aprel. TELEQRAF
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üzrə alüminiumun orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, agentlik 2025 və 2026-cı illər üzrə London Metal Birjasında bir ton alüminiumun spot qiyməti üzrə cari ilin mart ayına olan 2,400 dollarlıq proqnozunu apreldə 2,500 dollara artırıb.
2027-ci il üzrə 2,300 dollarlıq əvvəlki proqnoz isə dəyişməyib.
“Fitch” 2028-ci ildə alüminiumun spot qiymətinin 2,300 dollar olacağını proqnozlaşdırıb.
Agentlik orta dövr üzrə bu metalın qiymətinin 2,300 dollar olacağı ilə bağlı proqnozunda dəyişiklik etməyib.