EN

Arteta PSJ ilə oyun haqda: “Tarix yazmaq istəyindəyik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalının Londonda PSJ ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Dirilik, şövq hiss edilir, hansısa müstəsnalıq duyulur. Güman ki, bu, “Emireyts”in açılışından bəri oynalılacaq ən böyük oyunlardan biridir. Biz güc-qüvvə, ilhamla doluyuq və sabahkı (artıq bugünkü – redaktorun qeydi) oyunun xeyli intizarındayıq.

Tarixin təzyiq duyulur, xüsusən də bu mövsümün vəziyyətlərini, bizim keçdiyimiz bütün fəsadları və sınaqları və komandamızın burada, Avropanın dörd ən yaxşısı arasında omasını nəzərə alaraq. Bu, bizim zehniyyətimiz, komandamızın ruhu və bizim, bunu nə qədər çox istədiyimiz haqda danışır. Biz tarix yazırıq, indi bu, gözəl tarixdir, amma biz daha da artığını istəyirik”, deyə Arteta “topçular”ın UEFA Çempionlar Liqsında qalibiyyət istəyində olmalarına işarə vurub.

Xatırladaq ki, “Arsenal” – PSJ oyunu bu gün, aprelin 29-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Chosen
2
arena.az

1Sources