EN

Cibuti nümayəndəsi: Azərbaycan beynəlxalq qarşılıqlı əlaqələrin genişləndirilməsinə can atır

Cibuti Azərbaycanla və ölkənin qeyri-hökumət təşkilatları ilə daha sıx tərəfdaşlıq qurmaqda maraqlıdır.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının ikinci günündə Cibutinin Sağlamlıq imkanları məhdud olan Şəxslər üzrə Milli Agentliyinin baş direktoru, Cibuti prezidentinin Cibutinin Sağlamlıq imkanları üzrə məsələləri üzrə müşaviri Duale Said Mahamud bildirib.

"Bu platformanın təsis edilməsində iştirak etmək mənim üçün böyük şərəfdir. Ölkələrimizin vətəndaş cəmiyyəti səviyyəsində də əlaqəli olması çox vacibdir. Cibuti nümayəndə heyəti keçən il COP29 iqlim konfransında iştirak edib və biz artıq bu mühüm forum çərçivəsində yenidən Bakıda olmaqdan məmnunuq", - o qeyd edib.

Onun sözlərinə görə, Cibuti birgə platformanın yaradılması istiqamətində siyasi tərəqqini alqışlayır və bu prosesdə bir çox ölkənin iştirakını yüksək qiymətləndirir.

"Biz Azərbaycan hökuməti və platformaya qoşulan bütün QHT-lərlə sıx əməkdaşlıq etməyi ümid edirik. Bu, bütün ölkələr üçün son dərəcə vacib təşəbbüsdür və biz lap əvvəldən onun iştirakçısı olmaqdan qürur duyuruq. Xüsusilə Azərbaycanın fəal iştirakı və beynəlxalq qarşılıqlı əlaqələrin genişləndirilməsinə can atması sevindiricidir", - Cibuti nümayəndəsi vurğulayıb.

Chosen
2
report.az

1Sources