EN

Əli Nağıyev: Əfqanıstanda sabitliyə təhdid yaradan pozucu qüvvələrin qarşısı alınmalıdır

Ajans.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda  “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd  Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".

Chosen
0
11
Ajans.az

10Sources