EN

Əfqanıstana dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir - DTX rəisi

Bakı. Trend:

Əfqanıstana dünya ölkələrinin hərtərəfli dəstək verməsizəruridir.

Trend xəbər verir ki, bunu DövlətTəhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli NağıyevAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanlarınümayəndələrinin iştirakı ilə Bakı şəhərində keçirilən “Əfqanıstan:regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalqkonfransda deyib.

General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkilcinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotikvasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşıapardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsininzəruriliyinə diqqət çəkib.

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucuqüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərininqarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirinkeçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmətrəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemindəöz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsininvacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin vədigər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səygöstərəcəklərinə inamını ifadə edib.

Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlıçıxışlar edib, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyintəminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlaraçacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlısabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarınıbildirib.

Chosen
1
2
az.trend.az

1Sources