EN

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib - Əli Nağıyev

Bakı. Trend:

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin vətəhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalqtəşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxtəsirgəməyib.

Trend xəbərverir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisigeneral-polkovnik Əli Nağıyev Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusixidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərindəkeçirilən “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf”mövzusunda beynəlxalq konfransda deyib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstana dairbundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəkikonfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimiqiymətləndirib, beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş,beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətinbərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvarolduğunu bildirib.

Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimadəsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə dəxalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edibki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin vətəhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalqtəşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxtəsirgəməyib.

Chosen
1
3
az.trend.az

10Sources