EN

Florentino Peresdən iddialı ADDIM: 350 milyona onu İSTƏYİR!

Ajans.az xəbər verir ki, bununla bağlı "Real Madrid"in Erlinq Haaland üçün "Mançester Siti"yə 350 milyon avro təklif edəcəyi iddia edilib. "Real Madrid"in prezidenti Florentino Peres başda La Liqa və Çempionlar Liqası olmaqla bütün kateqoriyalarda mənfi nəticələr əldə edərək azarkeşlərini məyus etdikdən sonra hərəkətə keçib. İspaniya mətbuatında yer alan xəbərə görə, Florentino Peres gələn il mühüm gedişlər etmək və komandasını bütün kateqoriyalar üzrə çempionluğa daşımaq istəyir. Bu baxımdan Peresin ilk hədəfi hücumçu Erlinq Haaland olub. Xəbərdə "Real Madrid"in "Mançester Siti"nin hücumçusu Haaland üçün 350 milyon avro təklif edəcəyi bildirilir. Gələn mövsüm Mbappeni cinahda istifadə etməyi hədəfləyən ispan nəhənglərinin mərkəz hücumçusu üçün dəqiq ad olaraq gördükləri Haalandda israrlı olacağı bildirilib. Bazar dəyəri 200 milyon avro olan Haaland bu mövsüm 40 matçda 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Norveçli ulduzun klubu ilə 2034-cü ilə qədər müqaviləsi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
1
Ajans.az

1Sources