Bakı, 29 aprel, AZƏRTAC
Dünya bazarında qızılın ucuzlaşması davam edir.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 24,6 dollar azalaraq 3 323,1 dollar təşkil edib.
Gümüş isə 0,14 dollar azalaraq 33,18 dollara bərabər olub.