EN

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə nəticələnib.

“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.

Bir turda 4 heç-heçənin qeydə alınması sonuncu dəfə 2013/2014-cü illər mövsümündə baş verib.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” – “Rəvan” oyunları qolsuz bitib, “İnter” – “Bakı” matçında 1:1, AZAL – “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

 

Chosen
0
22
azertag.az

10Sources