AZ

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb

Bakı. Trend:

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydəalınıb.

Trend PeşəkarFutbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, MisliPremyer Liqasının XXXII turunun 4 matçı heç-heçə nəticələnib.

“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah”– “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalibmüəyyənləşib.

Bir turda 4 heç-heçənin qeydə alınması sonuncu dəfə 2013/2014-cüillər mövsümündə baş verib.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündəqalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” –“Rəvan” oyunları qolsuz bitib, “İnter” – “Bakı” matçında 1:1, AZAL– “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt”isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
0
22
az.trend.az

10Mənbələr