BAKI, 29 aprel. TELEQRAF
Konqresmen Şri Tanedar ABŞ Nümayəndələr Palatasına Prezident Donald Trampa qarşı impiçment layihəsi təqdim edib.
Teleqraf xəbər verir ki, o, Amerika prezidentini ölkəni məhv etməkdə günahlandırır.
“Prezident Trampa qarşı impiçment məsələsi qaldırmışam. Tramp Konstitusiya, Konqres və məhkəmələri heçə sayır, Amerika üçün mübarizə aparmır, onu məhv edir və demokratiyamızı təhlükəyə atır”, - Tanedar bildirib.
Konqresmen Trampı müxtəlif ciddi qanun pozuntularında ittiham edərək ona qarşı 7 impiçment maddəsi qaldırmasına aydınlıq gətirib. Xüsusilə, Tanedar Trampı Konqresin icazəsi olmadan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə bəzi dövlət qurumları üçün maliyyəni qeyri-qanuni şəkildə kəsməkdə ittiham edib.
Tanedar impiçment üçün başqa səbəb kimi Trampın aqressiv tarif siyasətini hesab edir.
“Yeddiinci maddə hakimiyyətdən tirancasına sui-istifadədir”, - konqresmen vurğulayıb.