NBA pley-offlarında daha bir klub ikinci mərhələyə (1/4 final) adlayıb. 

Offsideplus.az xəbər verir ki, Cleveland Cavaliers Miami Heatla mübarizədə ardıcıl 4 qələbə qazanaraq 8 ən güclü kollektiv arasına düşməyi bacarıb.

Bundan öncə Oklahoma City Thunder birinci mərhələni uğurla adlamışdı. 

NBA pley-offs, birinci mərhələ (1/8 final)

Miami Heat - Cleveland Cavaliers 83:108

seriyada hesab - 0:4

Golden State Warriors - Houston Rockets 109:106

seriyada hesab - 3:1

*seriyada ilk 4 qələbə qazanan komanda növbəti mərhələyə çıxır