EN

"Nürnberq" Mahiri saxlamaqda israrlıdı: maaş artımı və daha 1 il - bəs o nə deyir?

"Nürnberq"in Mahir Emreliylə yeni müqavilə imzalamaq niyyətində olduğunu yazmışdıq. Xatırladaq ki, bu barədə "Kicker"ə 2-ci bundesliqa təmsilçisinin idman direktoru Yoti Hatzialeksiu məlumat verib.

Bəs klubun həmyerlimizlə bağlı planları necədi?
"Football-plus.az" xəbər verir ki, "Nürnberq" Mahirlə birillik müqavilə bağlamaq istəyir. Futbolçunun maaşında 25 faizlik artım da nəzərdə tutulub. Həmvətinimz klubun şərtləriylə tanış olsa da, son sözünü deməyə tələsmir. Bunun səbəbi “Nürnberq"in növbəti mövsüm üçün hədəflərinin hələ konkretləşməməsi və başqa klublardan aldığı təkliflərdi.

Bilindiyi kimi, Almaniya klubu ötən ilin dekabrında ciddi maddi sıxıntılarla üzləşdiyini, bu üzdən mövsümün sonunda həm bir sıra klub əməkdaşlarıyla, həm də futbolçularla yolları ayrırmağa məcbur olacağını açıqlayıb. Odu ki, bundan xəbərdar olan Mahir hələ növbəti mövsümü hansı komandada keçirəcəyi haqda qərar qəbul etmək əvəzinə gözləmə mövqeyindədi.

İstənilən halda, həmyerlimiz mövsümün son üç turunda da qol vurmaq üçün can atmalıdı. Bəlkə də belədə daha perspektivli klubların diqqətini cəlb edəcək və karyerasının daha parlaq dönəminə qədəm qoyacaq. Mövsümün böyük hissəsini müxtəlif səbəblərdən boşa verən futbolçu nöqtəni nə qədər tutarlı qoysa, o qədər yaxşıdı.

KƏNAN BAHADIR

Chosen
11
football-plus.az

1Sources