EN

Sərxoş halda maşın sürən keçmiş məhkum yol polisini vurub qaçdı - VİDEO

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyi məlum olub.

Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, bu, Ramiz Rasim oğlu Umudovdur.

Polis onu saxlayıb. Hazırda R.Umudovun törətdiyi əməllə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Chosen
6
avtosfer.az

1Sources