Biz Rusiya ilə münasibətlərimizi gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətində deyilik.
XəzərNews.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 28-də Tallinndə İrəvanın Rusiyanın təsir zonasından tamamilə çıxmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq, regionumuzun ölkələri ilə münasibətləri tənzimləmək, Aİ ilə münasibətləri dərinləşdirmək istəyirik. Bu gün Ermənistanda Aİ-nin müşahidəçi missiyası fəaliyyət göstərir ki, biz buna görə Avropa İttifaqına minnətdarıq. Biz vizanın liberallaşdırılması prosesinə başlamışıq. "Ümumiyyətlə, biz balanslaşdırılmış xarici siyasət yürüdürük", - deyə Paşinyan bildirib.
Xəbər 2 dəfə oxunub.