EN

Azərbaycanda mehmanxanaların gəlirləri 12% artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxanatipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları iləmüqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bunun da 58,6faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıqxidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindənəldə edilib.

Məlumata əsasən, 2025-ci ilin yanvar-mart aylarında mehmanxana(hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundanistifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2024-cü ilinyanvar-mart aylarında 17,8 faiz).

Bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda31,2 faiz, Bakıda 28 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz,Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz,Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağıolub.

Chosen
1
4
az.trend.az

10Sources